ABŞ və İran münaqişənin həllinə dair sazişin imzalanmasına çox yaxındır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton sənədin yaxın günlərdə imzalanacağını gözləyir. Agentliyin həmsöhbəti bildirib ki, sazişin şərtlərindən biri ABŞ-nin zənginləşdirilmiş uranı İran ərazisindən çıxarması və məhv etməsidir.
ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi "Reuters"ə bildirib ki, saziş həmçinin İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılması müqabilində Hörmüz boğazının açıq saxlanılmasını nəzərdə tutur.
Agentliyin digər mənbəsi isə sənədin iyunun 14-də imzalana biləcəyini bildirib.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranın sülh sazişi mətninin yekun variantını təsdiqlədiklərini bildirib.












