İranda siyasi məhbusun barəsində edam hökmü çıxarılıb.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, insan haqları təşkilatları bu barədə məlumat veriblər.
Gilan əyalətinin Rəşt şəhərindəki Ləkan həbsxanasında saxlanılan 36 yaşlı Mənuçehr Fallah haqqında ölüm hökmü verilib.
Mənbələrə görə, o, İran Xalq Mücahidləri Təşkilatına üzv olmaqda təqsirləndirilib və "silahlı üsyan yolu ilə milli təhlükəsizliyə xələl gətirmək" ittihamı ilə mühakimə olunub.












