Bond.az White LogoBond.az Black Logo

İrandan ABŞ və İsrailə vida günlərində hücum etməyin çağırışı

İran ABŞ və İsrailə ölkənin həlak olmuş ali lideri Əli Xamenei ilə vida mərasimlərinin keçirildiyi günlərdə hücum etməkdən çəkinməklə bağlı xəbərdarlıq ünvanlayıb.

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

İran ABŞİsrailə ölkənin həlak olmuş ali lideri Əli Xamenei ilə vida mərasimlərinin keçirildiyi günlərdə hücum etməkdən çəkinməklə bağlı xəbərdarlıq ünvanlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin dövlət teleradio şirkəti İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının rəisi Əli Abdullahiyə istinadən məlumat yayıb.

İran ordusunun rəsmisi sözügedən ölkələri sərt cavab zərbələri ilə hədələyib: "Bu böyük və ibrətamiz günlərdə biz İranın düşmənlərinə, ilk növbədə ABŞ, İsrail və onların həm regional, həm də regiondankənar müttəfiqlərinə xəbərdarlıq edirik ki, hər cür yanlış hərəkətlərdən çəkinsinlər. Onlar unutmasınlar ki, əziz vətənimizə qarşı istənilən təhdid və ya təcavüz silahlı qüvvələrin sıralarında xidmət edən İran xalqının övladları tərəfindən çox sərt şəkildə cavablandırılacaq".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. İslam Respublikasının ən böyük şəhərləri, o cümlədən paytaxt Tehran zərbələrə məruz qalıb. Ağ Ev bu hücumu İrandan gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb. Endirilən zərbələr nəticəsində Əli Xamenei və ölkə rəhbərliyinin digər əsas simaları həlak olublar.

Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayacaq. Cümə günü keçiriləcək hüzn tədbirində ən azı 100 ölkədən gəlmiş yüksəksəviyyəli nümayəndə heyətləri iştirak edəcəklər. İyulun 4-dən 5-dək Ayətullahın nəşi Tehranın Müsəllasında (İran paytaxtındakı ən böyük dini-ictimai kompleks) saxlanılacaq və burada hər kəs onunla vidalaşa biləcək.

İyulun 6-da Tehranda əsas küçələr boyu matəm yürüşü baş tutacaq, bundan sonra cənazə ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq və iyulun 7-də orada matəm mərasimləri təşkil ediləcək. İyulun 8-də Əli Xameneinin nəşi qonşu İraqa göndəriləcək, burada Kərbəla və Nəcəfdə yerli müsəlmanlar üçün ayrıca vida mərasimləri keçiriləcək. Dəfn mərasimi isə iyulun 9-da İranda, onun doğulduğu Məşhəd şəhərində baş tutacaq.

Digər Xəbərlər
Bu gün / 13:34
|
757

Polkovnik Maloyana dövlət sirri ittihamı

Ermənistan İstintaq Komitəsi polkovnik Edik Maloyanı dövlət sirri yaymaqda ittiham edir. Hər iki şübhəli saxlanılıb.

0
Bu gün / 13:31
|
761

Türkiyəyə uçuşlarda dəyişiklik

NATO zirvəsi səbəbindən Ankaradan uçuşlarda dəyişiklik ola bilər. Sərnişinlər üçün vacib xəbərdarlıq.

0
Bu gün / 13:03
|
363

Türkiyənin NATO rolu artır

Bloomberg-in təhlilinə görə, Türkiyənin NATO-dakı rolu artır, Avropanın ABŞ-dən asılılığı azalır.

0
Bu gün / 13:00
|
426

İrandan ABŞ və İsrailə vida günlərində hücum etməyin çağırışı

İran ABŞ və İsrailə ölkənin həlak olmuş ali lideri Əli Xamenei ilə vida mərasimlərinin keçirildiyi günlərdə hücum etməkdən çəkinməklə bağlı xəbərdarlıq ünvanlayıb.

0
Dünən / 22:02
|
510

Sülh Şurası: UNRWA Qəzzada olmayacaq

Sülh Şurası UNRWA-nın Qəzzada gələcək fəaliyyətini istisna edib. Yeni qurum Qəzzada sülh və firavanlıq üçün yaradılıb.

0
Dünən / 22:01
|
697

Almaniyada Puşkinin abidəsi oğurlandı

Almaniyanın Hemer şəhərində Aleksandr Puşkinin bürünc abidəsi oğurlanıb. Səfirlik məlumat yayıb.

0
Dünən / 21:30
|
570

Ağ Evdən Maçadoya sərt mesaj

Ağ Ev, Mariya Korina Maçadonun Venesuelaya qayıtmaq müraciətini rədd etdi. Tramp administrasiyası onu maneə kimi qiymətləndirir.

0
Dünən / 21:30
|
956

Qazaxıstandan Rusiyaya 50 min ton benzin

Qazaxıstan Rusiyaya 50 min ton benzin göndərir. Humanitar yardım çərçivəsində Aİ-92 və Aİ-95 markalı yanacaq tədarük ediləcək.

0
Dünən / 21:01
|
544

Vens İrana qarşı əməliyyatların bərpasından danışdı

ABŞ vitse-prezidenti Vens İrana qarşı hərbi əməliyyatların bərpa oluna biləcəyini açıqladı. Detallar Bond.az-da.

0
Dünən / 20:31
|
364

ABŞ-İran informasiya kanalı

ABŞ və İran anlaşma memorandumunun pozulmasını izləmək üçün informasiya kanalı yaradacaq. Təfərrüatlar Bond.az-da.

0
Dünən / 20:02
|
784

Almaniya prokurorluğu "Şimal axını" işi üzrə ilk ittihamı elan etdi

Almaniya prokurorluğu Şimal axını qaz kəmərlərinin partladılmasında ittiham edilən ukraynalı keçmiş hərbçi barədə ilk ittihamları açıqladı. Ətraflı məlumat Bond.az-da.

0
Dünən / 20:01
|
708

Ərəbistan dənizində ABŞ hərbi helikopteri qəza enişi etdi

Ərəbistan dənizində ABŞ hərbi helikopteri qəza enişi etdi. Ekipaj üzvlərindən üçü xilas edildi, biri itkin düşdü. Axtarışlar davam edir.

0
...
İrandan ABŞ və İsrailə vida günlərində hücum etməyin çağırışı | Bond.az