Bond.az White LogoBond.az Black Logo

İranla münaqişənin ABŞ-yə dəyəri 1 trilyon dollar

İranla münaqişə ABŞ-yə 1 trilyon dollara başa gələ bilər. CNN-in məlumatına görə, hərbi xərclər, sursat bərpası və iqtisadi təsirlər daxildir.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

ABŞ-nin İranla münaqişə üzrə ümumi xərcləri bir trilyon dollara çata bilər.

Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı Harvard Kennedi Məktəbinin eksperti Linda Bilmsin təqdim etdiyi qiymətləndirməyə istinadən məlumat yayıb. O, yalnız qısamüddətli xərcləri deyil, həm də uzunmüddətli perspektivi nəzərə alıb.

Qeyd olunur ki, xüsusilə, ABŞ-nin sursat ehtiyatlarını, o cümlədən yüksək dəqiqlikli silahları bərpa etməsi bir neçə il çəkəcək. İstifadə olunmuş "Tomahawk" raketinin dəyəri hazırda ədədi 2 milyon dollar olaraq qiymətləndirilir, lakin onun əvəzlənməsi təxminən 3.5 milyon dollara başa gələ bilər.

Münaqişədə istifadə olunan texnikanın, o cümlədən aviadaşıyıcı qruplarının orta və uzunmüddətli xidmət xərcləri yaxın 4-5 ildə onlarla, hətta yüzlərlə milyard dollara çata bilər. Bundan əlavə, ABŞ münaqişədə iştirak edən 55 min hərbçi qarşısında sosial öhdəliklərini yerinə yetirməli olacaq.

Bundan başqa, ekspert münaqişənin dünya iqtisadiyyatına təsirini nəzərə alıb ki, bu da ABŞ-nin özündə yanacaq və mal qiymətlərinin artmasına gətirib çıxarıb. Belə ki, Birləşmiş Ştatlarda bir qallon (3.785 litr) benzinin orta qiymətinin yaxın zamanlarda 5 dollara qədər yüksəlməsi istisna edilmir.

Daha əvvəl Pentaqon ABŞ-nin İrana qarşı hərbi əməliyyatının dəyərinin artıq 29 milyard dollara yaxınlaşdığını elan edib. Bu məbləğə avadanlığın təmiri və dəyişdirilməsi xərcləri, həmçinin regiondakı şəxsi heyətin saxlanması üzrə əməliyyat xərcləri daxildir.

Digər Xəbərlər
Bu gün / 17:30
|
945

Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlıq sazişi imzaladı

Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlıq sazişi imzaladı. Saziş Astanada imzalanıb, müxtəlif sahələrdə memorandumlar da imzalanıb.

0
Bu gün / 15:31
|
883

26 nəfər istidən boğuldu: Almaniyada faciə

Almaniyada istilər səbəbindən 26 nəfər boğularaq ölüb. DLRG və DWD məlumatlarına görə, temperatur 41.7°C-yə çatıb.

0
Bu gün / 15:31
|
365

ABŞ sahillərində 5.5 bal gücündə zəlzələ

ABŞ-nin Oreqon ştatı sahillərində 5.5 bal gücündə zəlzələ baş verib. USGS məlumatına görə, tələfat və dağıntı yoxdur.

0
Bu gün / 15:00
|
749

MH370: Malayziya axtarış müqaviləsini uzatdı

Malayziya hökuməti MH370 təyyarəsinin qalıqlarını tapmaq üçün Ocean Infinity ilə axtarış müqaviləsini 2027-ci ilə qədər uzatdı.

0
Bu gün / 14:30
|
799

Fransada uşağı isti maşından xilas etdilər

Fransada 2 yaşlı uşaq isti avtomobildə qaldı, yoldan keçən qadın xilas etdi. Marseldə baş verən hadisədə valideynlər səhvən uşağı tərk edib.

0
Bu gün / 14:01
|
705

İsrail prezidenti Livanla sazişin detallarını açıqladı

İsrail prezidenti Livanla imzalanan çərçivə sazişinin əsas detallarını açıqlayıb. Sülh prosesi, İsrail-Livan münasibətləri və beynəlxalq dəstək haqqında məlumat.

0
Bu gün / 13:32
|
329

Həbsxanalar dron aeroportuna çevrilir

ABŞ həbsxanaları narkotik daşıyan dronlar üçün mini-aeroportlara çevrilir. Federal hakimiyyət böyük əməliyyat keçirib.

0
Bu gün / 13:02
|
405

Tramp: İran tərəfi ABŞ ilə görüş istəyib

ABŞ prezidenti Donald Tramp, İran tərəfinin ABŞ rəsmiləri ilə görüşmək istədiyini açıqlayıb. Görüş Dohada keçiriləcək.

0
Bu gün / 13:01
|
425

Burkina-Faso Fransaya 7 gün möhlət verdi

Burkina-Faso Fransa səfirliyini bağlamaq üçün 7 gün vaxt verdi. Qərar Avropa Parlamentinin qətnaməsi ilə bağlıdır.

0
Bu gün / 12:33
|
508

Aİ-də Xarici Fəaliyyət Xidmətinin ləğvi müzakirə olunur

Aİ məmurları Avropa Xarici Fəaliyyət Xidmətinin ləğvini istəyir. EEAS funksiyaları Avropa Komissiyasına keçir. Kallas islahatlar vəd edib.

0
Bu gün / 12:32
|
205

Venesuelada 4.6 bal gücündə zəlzələ

Venesuela sahillərində 4.6 bal gücündə zəlzələ qeydə alınıb, episentr Karakasdan 42 km şimalda, sunami təhlükəsi yoxdur.

0
Bu gün / 12:03
|
971

Venesuelada zəlzələ 1.8 milyonu köməksiz qoydu

Venesuelada 7.2 və 7.5 bal gücündə zəlzələlər 1.8 milyon insanı yardıma ehtiyaclı qoydu. 680 min uşaq təsirləndi. Ölənlərin sayı 1450, yaralılar 3200+.

0
...