İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrində ali liderin nümayəndəsinin müavini, kontr-admiral Məhəmməd Əkbərzadə yol qəzasında həlak olub.
Oxu.Az xəbər verir ki, hadisə İranın cənub-şərqində baş verib. Məhəmməd Əkbərzadənin olduğu avtomobil Kirman əyalətində aşıb.
Kontr-admiral xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib. İran mətbuatı məlumatı İRİB-ə istinadən yayıb.












