İraq Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra neft hasilatı kvotası artırılmayacağı təqdirdə OPEC-dən çıxacağını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Bildirilib ki, İraqın Neft Nazirliyində bu qənaətə gəliblər ki, Bağdad hələlik təşkilatda iştirakdan imtina etmir, lakin OPEC ona güzəştə getməsə, bu addımı ata bilər.
Bildirilir ki, OPEC-dəki kvotası əhəmiyyətli dərəcədə artırılmasa, İraq bütün mövcud variantları nəzərdən keçirməyə məcbur olacaq.
Xatırladaq ki, keçən həftə BƏƏ mayın 1-dən OPEC və OPEC+-dan çıxmaq qərarını elan edib. Ölkə rəhbərliyi məsuliyyətlə hərəkət edəcəyinə və neft hasilatı həcmini tədricən, ölçülüb-biçilmiş şəkildə artıracağına əmin edib.
Ekspertlərin fikrincə, Əbu-Dabi qəbul edilmiş kvotalara riayət etməkdən imtina edib bazarı ucuz xammalla dolduraraq "qiymət müharibəsi" elan etmək istəyib.












