İyunun 21-24 aralığında İspaniyada qeydə alınan kəskin isti hava dalğası 200-dən artıq insanın həyatına son qoyub.
"MoMo" monitorinq sistemi bildirir ki, bu ölümlər istiliklə birbaşa əlaqəlidir. Sistem gündəlik ölüm göstəricilərini təhlil edərək əvvəlki illərin proqnozları ilə müqayisə edir.
İyunun 25-də 100 milyondan çox avropalı, o cümlədən 50 milyon fransız və 18 milyon alman 35°C-dən yuxarı temperaturla üzləşib.
Fransada ardıcıl ikinci gün ən yüksək temperatur qeydə alınıb, 40°C-ni keçib.












