İsrail, BMT baş katibi Antonio Quterreşin vəzifədə olduğu müddətcə onun ofisi ilə heç bir təmas qurmayacağını açıqlayıb.
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon bəyan edib.
Danon vurğulayıb ki, İsrail Quterreşin etimadını itirdiyini düşünür.
Bu bəyanat, BMT-nin İsrail qurumlarını "münaqişə zonalarında cinsi zorakılıq" siyahısına daxil etməsindən sonra səslənib.
İsrailli diplomat bildirib ki, BMT bu qərarı ilə İsraili HƏMAS, İŞİD və digər terror təşkilatları ilə eyni səviyyəyə qoyub.












