İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın keçmiş siyasi büro rəhbəri İsmayıl Haniyenin qardaşı oğlunun Qəzza zolağında məhv edildiyini açıqlayıb.
O, radikal təşkilatın hərbi qanadında fəaliyyət göstərən "Nuhba" bölüyünün komandir müavini olub. İsrail hərbçiləri qeyd edir ki, məhv edilən şəxs son vaxtlar HƏMAS üçün yeni terrorçular cəlb etməyə çalışıb.
Bundan əlavə, o, "Nuhba" bölüyünün hərbi hazırlığına rəhbərlik edib. Haniye 7 oktyabr 2023-cü il hücumunda iştirak edib. O, 31 iyul 2024-cü ildə Tehranda raket zərbəsi nəticəsində öldürülüb.












