İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah mövqelərinə hava zərbələri endirib.
Oxu.Az xəbər verir ki, altı yaşayış məntəqəsi hədəf alınıb: Burc əş-Şimali, Xaraib, Xirbət-Duveyr, Əl-Maaşuq, Əs-Samaiyə və Əl-Xoş.
Bu hücumlar Livan ərazisindən Yuxarı Qalileyaya raket atılmasına cavab olaraq həyata keçirilib.
Hizbullah isə İsrail hərbi karvanını atəşə tutduğunu və sursat daşıyan yük maşınını vurduğunu bildirib.












