İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatlar zamanı yeni itkilər verdiyini açıqlayıb.
"Kan" dövlət teleradioşirkəti xəbər verir ki, Aşkelon şəhərindən olan 21 yaşlı baş çavuş Mixail Tyukin həlak olub. O, "Qolani" piyada briqadasının kəşfiyyat bölməsində xidmət edirmiş. Hadisə zamanı onun dörd xidmət yoldaşı yüngül xəsarət alıb.
İnsident "Hizbullah"ın idarə etdiyi partlayıcı yüklü PUA-nın zərbəsi nəticəsində baş verib. Hadisə Bofor qalası yaxınlığındakı strateji yüksəklikdə qeydə alınıb. Həlak olan əsgər Ukraynadan İsrailə köçən repatriant olub.












