İsrail Müdafiə Ordusu (SAXAL) Suriyanın cənubunda bir neçə silahlını zərərsizləşdirdiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti açıqlama yayıb.
"Dünən (şənbə) İsrail Müdafiə Ordusunun əsgərləri Suriyanın cənubundakı təhlükəsizlik zonasında bir neçə silahlı terrorçunu zərərsizləşdiriblər", - deyə bəyanatda qeyd olunub.
Açıqlamada vurğulanıb ki, İsrail Müdafiə Ordusu mülki şəxslərin və SAXAL əsgərlərinin təhlükəsizliyini təmin etmək və onlara qarşı hər hansı təhdidi aradan qaldırmaq məqsədilə Suriyanın cənubundakı təhlükəsizlik zonasında fəaliyyətini davam etdirəcək.












