İsrailin Koxav-Yair şəhərində atışma baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Təcili Tibbi Yardım Xidməti "X" səhifəsində məlumat yayıb.
Ölən şəxs təxminən 35 yaşında kişidir. Yaralılardan ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti isə orta-ağırdır.
Atəş açan şəxs zərərsizləşdirilib. Ordu genişmiqyaslı axtarışlara başlayıb.












