İstanbul hava limanında İspaniya pasportlu sərnişinin çamadanından 22.5 kiloqram marixuana aşkar edilib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gömrük işçiləri şübhəli şəxsi nəzarətə götürüblər.
Rentgen yoxlaması zamanı çamadanda paketlənmiş narkotik vasitə tapılıb.
Gömrük işçiləri tərəfindən saxlanılan şəxs barəsində həbs qərarı çıxarılıb. Narkotikin bazar dəyəri 20 milyon 300 min lirədir.












