Bond.az White LogoBond.az Black Logo

İsti havada təkər istifadə qaydaları

İsti havalarda avtomobil təkərlərindən düzgün istifadə qaydaları: təzyiq yoxlanması, fasilələr və təhlükəsizlik məsləhətləri.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

Avtomobil şinləri müxtəlif temperatur şəraitlərində istismar olunmaq üçün dizayn edilir. Standartlara görə, yay şinlərinin dözə biləcəyi maksimum ətraf mühit temperaturu 55 °C-dir. Bununla belə, avtomobil hərəkətdə olarkən şinlərin qızma dərəcəsi havanın hərarətindən əhəmiyyətli dərəcədə yüksək olur.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri "Cordiant" şirkətlər qrupunun mütəxəssislərinə istinadən məlumat yayıb. Ekspertlərin fikrincə, ən yüksək hərarət göstəriciləri bir neçə faktorun üst-üstə düşməsi - kəskin isti hava, qızmış asfalt örtüyü, maşının həddindən artıq yüklənməsi, sabit yüksək sürət və ya tez-tez əyləcdən istifadə zamanı qeydə alınır.

Bu, şinlər üçün ən çətin sınaq hesab olunur. Magistral yolda idarəetmə zamanı şin hərəkət zamanı yaranan sürtünməyə görə qızırsa, əyləcləmə zamanı əlavə olaraq əyləc sisteminin detallarından da istilik alır. Belə ekstremal şəraitdə həddindən artıq isinmiş şinlərin protektorları daha intensiv aşınmaya məruz qalır. Həmçinin əvvəllər təmir edilmiş və ya təzyiqin aşağı olması kimi istismar qaydaları pozulmuş təkərlərdə daxili zədələnmə təhlükəsi yüksəlir. Şinlərin təzyiqi 1-1.5 atmosferə qədər enibsə (bunu vizual olaraq hər zaman fərq etmək mümkün deyil), yolda onsuz da qızmış təkərin daha da istilik toplaması baş verəcək.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hal şinin sıradan çıxması və ya hərəkət zamanı partlaması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, isti havada təkərlərdə təzyiqin qalxması tamamilə normaldır və bu təzyiqi süni şəkildə azaltmaq məsləhət görülmür.

İsti hava şəraitində şinlərdən istifadənin qızıl qaydası - səfərə çıxmazdan öncə mütləq soyuq vəziyyətdə təkərlərdəki təzyiqi manometrlə yoxlamaqdır. Eyni zamanda yüksək sürətlə hərəkət edirsinizsə, hər 3-4 saatdan bir avtomobili saxlayaraq 30 dəqiqəlik fasilə vermək tövsiyə olunur. Sürət nə qədər çox olarsa, dayanma tezliyi və müddəti də buna uyğun artırılmalıdır.

Digər Xəbərlər
Bu gün / 01:01
|
948

Rusiyada ayı balıqçını parçaladı

Rusiyada ayı balıqçını parçalayıb, hadisə yerində zərərsizləşdirilib. Kamçatkada baş verən hadisə ilə bağlı ətraflı məlumat.

0
Bu gün / 00:02
|
415

Çin təhsilində süni intellekt inqilabı

Çin universitetləri süni intellektə üstünlük verərək 12 mindən çox proqramı bağlayır. Təhsil islahatları haqqında ətraflı məlumat.

0
Dünən / 23:30
|
502

SpaceX səhmlərindən rekord 85.7 milyard

SpaceX 85.7 milyard dollarlıq IPO ilə rekord qırdı. İlon Maskın şirkəti səhmləri 135 dollardan satışa çıxardı.

0
Dünən / 23:01
|
383

Aİ Moldova ilə üzvlük danışıqlarına başladı

Avropa İttifaqı Moldova ilə rəsmi üzvlük danışıqlarına başlayıb. Danışıqlar Ukrayna ilə sinxron aparılacaq.

0
Dünən / 22:30
|
262

Macarıstanda baş nazirin səlahiyyət müddəti məhdudlaşırıldı

Macarıstan parlamenti baş nazirin səlahiyyət müddətini iki dövrlə məhdudlaşdıran konstitusiya dəyişikliklərini təsdiqləyib.

0
Dünən / 21:30
|
997

Aİ-Ukrayna üzvlük danışıqları rəsmən başladı

Aİ və Ukrayna Lüksemburqda rəsmi üzvlük danışıqlarına başladı. Antoniu Koşta bu tarixi addımı elan etdi.

0
Dünən / 21:01
|
298

Azərbaycanlı gəlin qayınatasını döyərək öldürdü

Türkiyədə azərbaycanlı qadın qayınatasını döyərək öldürməkdə şübhəli bilinir. Tokatda 88 yaşlı kişi xəstəxanada həyatını itirib.

0
Dünən / 17:30
|
986

Tramp İranla sazişin imzalandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla sazişin imzalandığını və Hörmüz boğazının qismən açıldığını açıqladı. Detallar üçün Bond.az saytını izləyin.

0
Dünən / 17:02
|
228

Braziliyada basketbolçuların avtobusu aşıb: 7 ölü

Braziliyada basketbolçuları daşıyan avtobus aşıb, 7 nəfər ölüb, 30 nəfər yaralanıb. Ətraflı məlumat Bond.az-da.

0
Dünən / 16:01
|
505

Aİ İrana sanksiyalar üçün şərt açıqladı

Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtləri açıqladı: Tehran insan hüquqlarına riayət etməli və kütləvi qırğın silahlarından imtina etməlidir.

0
Dünən / 16:01
|
712

Memorandum elektron imzalandı: Ağ Evdən açıqlama

İran və ABŞ hərbi əməliyyatları dayandıran memorandumu elektron imzalayıb. Ağ Evdən rəsmi açıqlama: aktivlər dondurulub.

0
Dünən / 15:32
|
206

Rusiyada Tu-22M3 təyyarəsi qəzaya uğradı

Rusiyada SSRİ istehsalı Tu-22M3 səsdən sürətli bombardmançı təyyarə İrkutsk vilayətində qəzaya uğrayıb. Ekipaj xilas olub, səbəb mühərrik nasazlığıdır.

0
...
İsti havada təkər istifadə qaydaları | Bond.az