ABŞ-nin Kaliforniya ştatındakı Anyo-Nuevo Milli Parkında qeyri-adi görünüşlü dəniz heyvanı aşkarlanıb.
Oxu.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, sahildə görünən bənövşəyi rəngli suiti yerli sakinləri təəccübləndirib. Sosial şəbəkələrdə yayılan fotolar böyük maraq doğurub. Bəzi istifadəçilər bunu genetik mutasiya, digərləri isə ətraf mühitin çirklənməsi ilə əlaqələndirib.
Lakin mütəxəssislər səbəbi açıqlayıb: yaz sonu suitilərin tükdəyişmə dövrüdür. Heyvanlar sahilə atılmış qırmızı yosunlar üzərində çox vaxt keçirir. Yosunlardakı təbii piqmentlər tükləri müvəqqəti olaraq tünd bənövşəyi rəngə boyayır.
Tədqiqatçılar bu rənglənmənin zərərsiz olduğunu və tüklər yeniləndikcə yox olacağını vurğulayıb. Hər il çoxalma və tükdəyişmə üçün 10 minə yaxın dəniz fili bu parka gəlir. Tünd rəngli fərdlər nadir sayılır.












