Rusiyanın Kamçatka bölgəsində 6 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar Berinq adası akvatoriyasında qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumatına əsasən, seysmik hadisə Petropavlovsk-Kamçatskdan 483 km aralıda, Nikolskoye yaşayış məntəqəsi yaxınlığında baş verib.
Zəlzələnin episentri təxminən 28 km dərinlikdə olub. Dağıntı və itki qeydə alınmayıb, sunami təhlükəsi elan edilməyib.











