Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı mini keçdi. Rəsmi məlumata görə, 1003 təsdiqlənmiş hal var.
Ölənlərin sayı 254-ə çatıb, 100 nəfər sağalıb, 365 nəfər isə xəstəxanada və ya karantindədir. Ölüm nisbəti 25.3% təşkil edir.
ÜST KDR və Uqandada epidemiyanı beynəlxalq təhlükə kimi tanıyıb. Virusun regional yayılma riski yüksəkdir.












