Ukrayna və İsveç "Gripen E" qırıcılarının alınmasına dair müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Kiyev 16 təyyarə, həmçinin avadanlıq və texniki dəstək alacaq.
Prezident Zelenski bildirib ki, ilk 16 "Gripen C/D" qırıcısı 2027-ci ildə gələcək.
Müdafiə naziri Fyodorov qeyd edib ki, 2029-cu ilin əvvəlində "Gripen E" tədarükünə başlanılacaq.
Ukrayna Aİ maliyyəsi və Böyük Britaniya dəstəyi ilə təyyarələri alır, pilotlar artıq İsveçdə təlim keçir.











