Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"Kiyevdə daha 3 nəfərin cəsədi tapılıb. Ölənlərin sayı 30 nəfərə yüksəlib", - deyə açıqlamada qeyd olunub.
Bundan əvvəl Kiyevə edilən hücum nəticəsində ən azı 100 nəfərin xəsarət aldığı barədə xəbər verilmişdi.











