Rusiya ordusunun Ukraynaya raket və dron hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirlik binasına ziyan dəyib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Şevçenko rayonunda yerləşən səfirliyin yaxınlığına düşən raketlər nəticəsində binanın pəncərələri sınıb.
Bu, ilk dəfə deyil. Daha əvvəl də səfirlik hücumlardan zərər çəkib. Ən ciddi ziyan 14 noyabr 2025-ci ildə olub və Azərbaycan XİN Rusiyaya nota verib.












