Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından ölənlərin sayı artmaqda davam edir. Laboratoriya təsdiqi ilə ölüm sayı 492-yə çatıb.
Rabitə və KİV Nazirliyinin məlumatına görə, son sutkada 19 nəfər daha dünyasını dəyişib. Ümumi yoluxma sayı isə 1 528 nəfərə yüksəlib.
Ölüm nisbəti 32.2% təşkil edir. Epidemiyanın episentri İturi əyalətidir.












