Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma sayı 1 307 nəfərə çatıb.
Rabitə və Mətbuat Nazirliyinin məlumatına görə, ölüm halları 377-yə yüksəlib. Xəstəlikdən ölüm göstəricisi 28.8% təşkil edir.
Hal-hazırda xəstəxanalarda 615 pasiyent müalicə alır. 180 nəfər tam sağalıb. Təmasların izlənilməsi göstəricisi 81.3% olub.
Virusun son dalğası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Üç əyaləti əhatə edən epidemiyada Uqandada 20 yoluxma qeydə alınıb, iki nəfər ölüb.












