Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması dünya üzrə mümkün yeni genişmiqyaslı pandemiyanın əlaməti kimi qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Bildirilib ki, bu, beynəlxalq səhiyyə proqramlarına ayrılan maliyyənin azalması və elmə olan inamın zəifləməsi fonunda baş verir.
ÜST baş direktoru Tedros Adhanom Qebreyesus Konqo DR-in İturi bölgəsinə səfəri zamanı vəziyyəti "xəstəlik və münaqişənin təhlükəli qarışığı" adlandırıb.
İnfeksiya artıq Uqandaya yayılıb, BƏƏ-də şübhəli hal aşkarlanıb, ABŞ missioneri Almaniyaya təxliyə edilib.
Mütəxəssislər qeyd edir ki, Bundibugyo ştamı nadirdir və vaksinlər məhdud effektivliyə malik ola bilər.












