Bond.az White LogoBond.az Black Logo

Kotlet və düşbərəyə görə qətl

Rusiyada ər-arvad soyuducudan kotlet, düşbərə və toyuq əti oğurlayıb tanışlarını öldürdülər

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

Rusiyanın Safonovo şəhərində ər-arvad soyuducudan ərzaq oğurlayıb, tanışlarını öldürüblər. Onların oğurladığı ərzaqlar iki paket kotlet, düşbərə və toyuq əti olub.

Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Smolensk vilayəti üzrə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Cinayət mayın 19-da baş verib. Ər-arvad əvvəlcə 40 yaşlı kişi ilə onun mənzilində spirtli içki qəbul etdikdən sonra evlərinə qayıdıblar. Daha sonra onlar gizli şəkildə yenidən həmin şəxsin evinə gediblər. Soyuducudan ərzaqları götürən zaman ev sahibi mətbəxə gəlib.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qadın bıçaq götürsə də, əri silahı onun əlindən alaraq tanışına boyun nahiyəsindən bir neçə zərbə endirib. Daha sonra qadın oxlovla ev sahibinə xəsarətlər yetirib. Nəticədə kişi həyatını itirib.

Ərzaqları götürən ər-arvad hadisə yerindən qaçıblar. Hazırda onların hər ikisi saxlanılıb. Onlara tamah məqsədilə bir qrup şəxs tərəfindən törədilmiş qətl maddəsi ilə ittiham irəli sürülüb.

Digər Xəbərlər
Bu gün / 16:31
|
585

Finlandiyada əsgərlərə uzun saç icazəsi

Finlandiya ordusu kişi əsgərlərə uzun saç saxlamağa icazə verir. Yeni qaydalar iyuldan qüvvədədir.

0
Bu gün / 16:01
|
711

Alan Qrinspen 100 yaşında vəfat etdi

ABŞ Federal Ehtiyat Sisteminin keçmiş sədri Alan Qrinspen 100 yaşında Parkinson xəstəliyindən vəfat etdi. Onun rəhbərliyi altında ABŞ iqtisadiyyatı sürətli artım yaşayıb.

0
Bu gün / 15:31
|
231

Sirli radiostansiya 3 mesaj yayımladı

22 iyun 2025-ci ildə "Qiyamət günü" radiostansiyası üç sirli mesaj yayımladı: STANONANT, OBEDOBUYAN, KLIKOTRYUM və QLAZİŞE.

0
Bu gün / 15:31
|
396

Ali Məhkəmə: Arvadını tək qoyan ər təqsirli

Türkiyə Ali Məhkəməsi arvadını tək qoyub qəhvəxanada vaxt keçirən əri təqsirli hesab edərək təzminat ödənilməsinə qərar verdi.

0
Bu gün / 15:02
|
853

Qətərdə zavod partlayışı: 13 ölü

Qətərin Ras Laffan zonasında qaz zavodunda partlayış: 13 ölü, 66 yaralı. Hadisə ixraca təsir etməyib.

0
Bu gün / 15:02
|
310

Starmer istefadan sonra ailəyə yönəlir

Kir Starmer baş nazir postundan getdikdən sonra ailəsinə daha çox vaxt ayıracaq.

0
Bu gün / 15:00
|
245

Texasda arılı yük maşını aşıb: sakinlər evdə qalın

Texasda milyonlarla arı daşıyan yük maşını aşıb, sakinlər evdə qalmağa çağırılıb.

0
Bu gün / 14:03
|
904

Sabiq mer Britaniya baş nazirliyinə namizəd

Böyük Mançesterin keçmiş rəhbəri Endi Bernem Leyboristlər Partiyasının sədri olmaq üçün namizədliyini irəli sürüb. O, seçiləcəyi təqdirdə Britaniyanın baş naziri olacaq.

0
Bu gün / 13:31
|
303

Vens: ABŞ və İran yekun müqavilə üçün möhkəm təməl qurub

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ və İran yekun müqavilə üçün möhkəm təməl qurub və ciddi irəliləyişə nail olublar.

0
Bu gün / 12:33
|
651

İranda edam sayı artıb - WSJ

WSJ: İranda atəşkəs danışıqları zamanı rejim əleyhdarlarının edam sayı artıb; 45 nəfər edam edilib.

0
Bu gün / 12:31
|
794

Trampın təhdidinə İrandan sərt cavab

Trampın Hörmüz boğazı ilə bağlı təhdidlərinə İrandan sərt reaksiya: 'Siz hədələyirsiniz, biz hərəkətə keçirik'.

0
Bu gün / 12:30
|
496

Everestdəki "yaşıl çəkmələr" endirilir: 150 min dollarlıq əməliyyat

Hindistan hökuməti Everestin ölüm zonasında "yaşıl çəkmələr"in cəsədini endirmək üçün 150 min dollarlıq əməliyyata başlayıb.

0
...
Kotlet və düşbərəyə görə qətl | Bond.az