İranın həyata keçirdiyi hücumlar səbəbindən Küveyt ölkəsinin hava məkanını tamamilə bağlayıb.
Oxu.Az xəbər verir ki, bu qərarı Küveytin Mülki Aviasiya Baş İdarəsi açıqlayıb.
"Bu addım İranın Küveyt ərazisinə yönəlmiş dəhşətli hücumları və bunun bölgədəki mülki aviasiya sektoruna yarada biləcəyi təhlükələr fonunda atılıb", - idarənin "X" platformasında paylaşımında bildirilib.
Qeyd olunub ki, artıq havada olan təyyarə reysləri başqa aeroportlara istiqamətləndiriləcək.












