Livan prezidenti Cozef Aun bildirib ki, ölkə ordusu İsraillə sərhəddə yerləşdiriləcək.
Bu barədə o, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə görüşdə deyib.
Aun vurğulayıb: "Livan ordusu beynəlxalq sərhəddə yerləşəcək və İsrail buna mane olmamalıdır."
O, həmçinin iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin uğurla icrasının vacibliyini qeyd edib.












