Böyük Britaniya üçüncü ölkələrdə Rusiya xammalından istehsal olunmuş neft məhsullarının idxalına müddətsiz icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.
Məlumata görə, London Rusiya neftindən istehsal olunan dizel yanacağının və aviasiya kerosininin idxalına icazə verib.
Qeyd olunub ki, lisenziya 2026-cı il mayın 20-dən qüvvəyə minəcək. Eyni zamanda, Böyük Britaniyanın daxili işlər naziri istənilən vaxt icazənin şərtlərini dəyişdirmək, onu dayandırmaq və ya tamamilə ləğv etmək səlahiyyətinə malik olacaq.
Xatırladaq ki, aprelin 18-də ABŞ də analoji qərar qəbul etmişdi.












