Anomal istilər Macarıstanda içməli su çatışmazlığına səbəb olub. Baş nazir Peter Madyar Facebook-da vəziyyətin kritik olduğunu açıqlayıb.
Su təchizatı sistemləri limitdə işləyir. Həftəsonu istehlak adi haldan 1.5-2 dəfə çox olub. Madyar xəbərdarlıq edib: sərfiyyat azaldılmasa, bəzi bölgələrdə ciddi qıtlıq yaranacaq.
Dunay Regional Su Təchizatı Xidmətinin 120 məntəqəsində məhdudiyyət tətbiq edilib. Su anbarları boşaldığından, su sisternalarla çatdırılır.
Baş nazir əhalini sudan yalnız zəruri hallarda istifadə etməyə çağırıb. Xəstəxanalar, qocalar evləri və yanğınsöndürmə xidmətləri prioritetdir.












