İspaniyanın paytaxtı Madriddə 45 mərtəbəli və 248 metr hündürlüyündə olan göydələndə güclü yanğın baş verib.
Hadisə səbəbindən binadakı insanlar təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur, ancaq iki nəfər tüstüdən yüngül zəhərlənib.
Yanğın binadakı partlayış nəticəsində başlayıb. Hazırda yanğın nəzarət altındadır.












