Fransa Prezidenti Emmanuel Makron İran-ABŞ gərginliyinin hələ bitmədiyini bildirib.
Oxu.Az-a istinadən xəbər verilir ki, Makron "France 2" telekanalına açıqlamasında deyib: "Mən düşünmürəm ki, bu münaqişənin qəti şəkildə nizamlandığını söyləmək olar".
O qeyd edib ki, əldə olunan razılaşma Livanda atəşkəs və Hörmüz boğazında gəmi hərəkətini nəzərdə tutur: "60 gün sonra nüvə proqramı və ballistik raketlərlə bağlı addımları müəyyən edəcəyik".
Xatırladaq ki, ABŞ və İran arasında 14 bəndlik memorandum imzalanıb.











