Türkiyənin Malatya bölgəsində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
AFAD-ın məlumatına görə, zəlzələnin episentri Battalqazi rayonu olub.
Yeraltı təkanlar 7 km dərinlikdə baş verib.
Ətraf bölgələrdə də hiss olunan təkanlar nəticəsində dağıntı və itki barədə məlumat verilməyib.












