Çinin Haynan adasının cənub sahilləri "Maysak" qasırğasının hücumuna məruz qalıb. Güclü külək və yağış ada əhalisinə çətin anlar yaşadıb. Xüsusilə Linşuy-Li muxtar bölgəsi ciddi zərər görüb. Qasırğa zamanı küləyin sürəti saniyədə 23 metrə çatıb.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, tufan adanı keçdikdən sonra Quansi-Çjuan muxtar rayonuna doğru hərəkət edir. "Maysak" 2026-cı ilin ilk qasırğası olaraq qeydə alınıb.
Fövqəladə hallar xidmətləri əhaliyə xəbərdarlıq edib, təhlükəsizlik tədbirləri görülür. Dağıntıların miqyası dəqiqləşdirilir.












