Rusiyanın Volqoqrad şəhərində həkimlər 50 yaşlı kişinin mədəsindən 227 yad cisim çıxarıb. Xəstə mədə-bağırsaq qanaxması şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.
Müayinə zamanı mədə və qida borusunda sikkələr, 11 qayka və iki qapı rəzəsi aşkarlanıb. Əməliyyat minimal invaziv endoskopik üsulla həyata keçirilib.
Həkimlər əməliyyatın unikallığını vurğulayıblar. Xəstənin vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.












