Bond.az White LogoBond.az Black Logo

"Medusa" əməliyyatı: 57 nəfər saxlanıldı

"Medusa" əməliyyatı çərçivəsində 9 ölkədə 57 nəfər saxlanıldı. Qadınlara qarşı narkotik vasitələrlə törədilən seksual zorakılıq cinayətləri araşdırılır.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

Qadınlara qarşı narkotik vasitələrdən istifadə edilməklə törədilən seksual zorakılıq cinayətlərinə qarşı yönəlmiş genişmiqyaslı "Medusa" (Project Medusa) beynəlxalq əməliyyatı çərçivəsində doqquz ölkənin hüquq-mühafizə orqanları 57 şübhəli şəxsi saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Deutsche Welle" "Europol"un mətbuat xidmətinə istinadən məlumat yayıb. "Europol"un açıqlamasında bildirilir:

"İstintaq zamanı cinayətkarların qurbanları obyektləşdirən və insanlıqdan çıxaran onlayn şəbəkələri müəyyən edilib. Onlar şifrələnmiş messencerlərdən, forumlardan və qapalı çatlardan təcrübə mübadiləsi aparmaq, qanunsuz davranışı normallaşdırmaq, reseptlə satılan dərmanların və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşviq etmək, eləcə də cinayət əməllərini əlaqələndirmək üçün istifadə ediblər".

"Medusa" əməliyyatı 2026-cı ilin aprelindən etibarən Almaniyanın Federal Cinayət Polisi İdarəsinin (BKA) və Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin rəhbərliyi, "Europol"un koordinasiyası ilə həyata keçirilib. Əməliyyata Braziliya, Kanada, Fransa, Macarıstan, Niderland, İspaniya və ABŞ-nin hüquq-mühafizə orqanları da cəlb olunub.

"Europol"un məlumatına görə, qurbanların demək olar ki, hamısı qadınlardır. İstintaq zamanı kişilərdən ibarət bir neçə onlayn şəbəkə aşkar edilib. Onlar əsasən həyat yoldaşlarını və ya sevgililərini narkotik preparatlarla huşsuz vəziyyətə salaraq onlara təcavüz edir, daha sonra isə bu prosesi əks etdirən foto və videoları internetdə paylaşıblar.

Əməliyyat başladığı dövrdən bəri ümumilikdə 113 cinayət işi açılıb. 156 şübhəli və zərərçəkənin şəxsiyyəti müəyyən edilib, həmçinin cinayətkarların fəaliyyətini koordinasiya etdikləri dörd qapalı onlayn icma aşkarlanıb.

Araşdırmaya Fransada böyük rezonans doğuran Jizel Peliko işi təkan verib. Belə ki, onun keçmiş həyat yoldaşı Dominik Peliko illərlə qadına gizli şəkildə narkotik verərək huşsuz vəziyyətə salmaqda və digər şəxsləri onu zorlamağa dəvət etməkdə təqsirli bilinib. O, 2024-cü ilin dekabrında ağırlaşdırıcı hallarda zorlama cinayətinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Digər Xəbərlər
Bu gün / 17:01
|
961

Koreyada qalmaqal: Əcnəbi Hənyo heykəlini öpdü

Cənubi Koreyada əcnəbinin Hənyo heykəlini öpməsi qalmaqal yaradıb. Video sosial şəbəkələrdə yayılıb.

0
Bu gün / 16:31
|
368

Marqarita Simonyana sui-qəsddə 12 nəfərə hökm

Moskvada Marqarita Simonyana sui-qəsd cəhdində təqsirləndirilən 12 nəfərə 20 ilədək həbs cəzası verildi.

0
Bu gün / 16:30
|
633

NATO sammitində terror iddiası təkzib edildi

Türkiyə Ankarada NATO sammiti zamanı terror aktı iddialarını təkzib etdi. Rəsmi açıqlama və təhlükəsizlik tədbirləri haqqında məlumat.

0
Bu gün / 16:04
|
267

Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib

Azərbaycan nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Ayətullah Xameneinin vida mərasimində iştirak edib.

0
Bu gün / 15:02
|
217

Qalibafın müsahibəsi qalmaqala səbəb oldu

İran dövlət televiziyası Qalibafın müsahibəsini kəsdi, qalmaqal yarandı. Tam məlumat Bond.az-da.

0
Bu gün / 15:02
|
684

Ruby Princess gəmisində norovirus: 120+ yoluxma

Ruby Princess kruiz gəmisində norovirus səbəbindən 120-dən çox yoluxma qeydə alınıb. Gəmi dezinfeksiya üçün San-Fransiskoda dayanıb.

0
Bu gün / 15:01
|
890

Mark Rütte “ailə psixoloqu” ləqəbi qazandı

NATO-nun baş katibi Mark Rütte Donald Trampla münasibətləri yumşaltmaq bacarığına görə “ailə psixoloqu” ləqəbini qazanıb. Ankara sammiti öncəsi detallar.

0
Bu gün / 14:32
|
777

"Maysak" qasırğası Haynan adasına zərbə vurdu

"Maysak" qasırğası Çinin Haynan adasına güclü zərbə vurdu, Linşuy-Li bölgəsində dağıntılar və güclü külək qeydə alındı.

0
Bu gün / 14:31
|
774

Günəşdə iki güclü partlayış qeydə alınıb

İyulun 3-də Günəşdə iki M sinifli partlayış qeydə alınıb. Alışmalar 13 dəqiqə davam edib və geomaqnit qasırğalarına səbəb ola bilər.

0
Bu gün / 13:02
|
423

ABŞ-Çin balıq davası: Pekindən reaksiya

Çin ABŞ-nin qanunsuz balıqçılıq ittihamını siyasi manipulyasiya adlandıraraq rədd edib. Pekin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini bildirir.

0
Bu gün / 10:03
|
856

Hikmət Hacıyev Ceffri Saksla görüşdü

Hikmət Hacıyev Ceffri Saksla Bakıda görüşdü, davamlı inkişaf və regional məsələlər müzakirə edildi.

0
Bu gün / 09:18
|
411

Kanada Asiyaya neft kəməri çəkir

Kanada Asiyaya neft nəqli üçün yeni kəmər çəkir, ABŞ-dan asılılığı azaldır.

0
...