Meksika hərbçiləri Cənubi Koreya futbol yığmasının məşq etdiyi idman kompleksinin üzərində uçan dronu vurublar.
"Yonhap" agentliyinin məlumatına görə, çərşənbə axşamı Koreya millisi Sapopanda qapalı məşq keçirərkən, təhlükəsizlik xidməti PUA aşkarlayıb. Meksika hərbçiləri məlumatlandırılaraq cihazı məhv ediblər.
PUA-nı idarə edən iki nəfər aparatı götürərək ərazini tərk edib. Koreya Futbol Assosiasiyası polisə müraciət edərək araşdırma aparılmasını istəyib.
Baş məşqçi Hon Myon Bo: "Xoşbəxtlikdən, bu, taktiki çalışmalara başlamazdan əvvəl baş verdi, bizə təsir etmədi", - deyib.
Meksika rəsmi mənbələrinə görə, son günlər ən azı üç fərqli şəhərdə qadağan olunmuş zonalarda dronlar vurulub. Meksika ilə Cənubi Koreya arasında oyun iyunun 19-da keçiriləcək.












