Meksikanın Oaxaka ştatında San-Migel-Amatitlan bələdiyyə sədri Xoel Anxel Bravo Martines silahlı hücumda həyatını itirib.
Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 13-də səhər saatlarında baş verib. Silahlı şəxslər merin evinə daxil olaraq onu güllələyiblər.
53 yaşlı merin qətli ilə bağlı Oaxaka prokurorluğu istintaqa başlayıb. Ətraflı məlumat verilməyib.












