Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəkləyib və tənqidçiləri kənara çağırıb.
Bu fikirləri Düsseldorfda Xristian-Demokrat İttifaqının qurultayında səsləndirən Merts deyib: "Kultural pessimistlər, fəlakət carçıları, deyingənlər, şikayətçilər, qəzəbli peşəkar tənqidçilər - kənara!"
Kansler Almaniyanın gələcəyinə nikbin baxdığını vurğulayıb: "Ən yaxşı illər hələ qarşıdadır."
Xatırladaq ki, hökumət genişmiqyaslı islahat paketini təqdim edib.












