2025-ci ildə dünyada milyonçuların sayı və sərvəti tarixi zirvəyə çatıb. Səhm bazarlarının yüksəlişi və inflyasiyanın azalması buna səbəb olub.
Oxu.Az xəbər verir ki, araşdırmaya görə, 6 510 varlı şəxs arasında keçirilən sorğuda milyonçuların sayı 7.9% artaraq 25.3 milyon nəfər olub. Ümumi kapital 8.7% çoxalaraq 98.3 trilyon dollara çatıb - 2018-ci ildən bəri ən yüksək göstərici.
Milyonçu sayılmaq üçün əsas yaşayış yerindən asılı olmayaraq 1 milyon dollardan çox investisiya aktivinə sahib olmaq lazımdır. Süni intellekt bumu fond bazarlarını canlandırıb. Lakin sərvət hələ də yüksək cəmləşib: ən zəngin 1% bütün vəsaitin təxminən 35%-nə nəzarət edir.












