Monako müstəntiqləri, Reveren Per Lui Frolla küçəsindəki yaşayış binasının girişinə partlayıcı qurğunun bir qadın tərəfindən yerləşdirildiyini ehtimal edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Kamera görüntülərində qara papaq, qara kofta, açıq rəngli şalvar və qara idman ayaqqabısı geyinmiş şübhəli görünür. Şübhəlinin təxminən 30 yaşlarında bir qadın olduğu təxmin edilir.
İstintaq partlayışın Ukrayna ilə əlaqəsini araşdırır. Qadının partlayışdan bir neçə gün və saat əvvəl hadisə yerini müşahidə etdiyi bildirilir. Onun qonşu ölkələrdən birinə qaçdığı ehtimal edilir.
Partlayış iyunun 29-da baş verib, üç nəfər yaralanıb. Yaralananlar arasında Kipr vətəndaşı Vadim Yermolayev də var.












