Monakoda güclü partlayış baş verib. Nəticədə üç nəfər xəsarət alıb.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.
BFMTV-nin məlumatına görə, partlayış şübhəli şəxsin küçədə bel çantasını qoyub getməsindən sonra baş verib. Şübhəli şəxs hadisə yerindən qaçıb.
Jurnalist Jan-Mark Morandini bildirib ki, yaralılar arasında Rusiya və Ukrayna vətəndaşları var.












