Monakoda terror aktı partladıcı yerləşdirilmiş poçt bağlamasının partladılması yolu ilə həyata keçirilib. Bu barədə knyazlığın hökuməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Hadisə nəticəsində üç nəfər - iki yetkin şəxs və bir uşaq xəsarət alıb. Yaralananlar arasında ukraynalı oliqarx Vadim Yermolayev, onun həyat yoldaşı və uşağı da var.
Monakonun Dövlət naziri Kristof Mirman baş verənləri terror aktı adlandırıb və knyazlığın tarixində belə bir hadisənin daha əvvəl yaşanmadığını vurğulayıb. Bir müddət sonra hücumu təşkil etməkdə şübhəli bilinən şəxsin fotosu ictimaiyyətə təqdim olunub.












