Bond.az White LogoBond.az Black Logo

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: Düşündüyünüzdən də çox ziyan

Moskvada PUA hücumunda mağazaları yanan azərbaycanlı iş adamı böyük ziyan dəydiyini açıqlayıb. Sadovod ticarət mərkəzi də zərər görüb.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzləri də zərər görüb.

Oxu.Az xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı İctimai TV-ə müsahibəsi zamanı PUA hücumunda mağazalarının tamamilə yandığını deyib.

"Mən dəri məhsulları satıram, mallarım tamamilə yanıb. Hazırda hadisə ilə bağlı bizi içəri buraxmırlar. Vəziyyət çox gərgindir. Xeyli ziyan dəydi, düşündüyünüzdən də çox ziyan dəydi", - deyə o qeyd edib.

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod" da zərər görüb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb.

Merin sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulan dronlardan birinin qalıqları "Sadovod" ticarət kompleksinin binalarından birinə ziyan vurub: "Ticarət mərkəzinin ərazisinə qalıqların düşməsi nəticəsində binalardan birində kiçikmiqyaslı dağıntılar qeydə alınıb. İnsident nəticəsində xəsarət alan yoxdur. Hazırda qalıqların düşdüyü yerdə bütün operativ və fövqəladə hallar xidmətləri aktiv şəkildə işləyir".

Qeyd edək ki, ümumi sahəsi on hektarlarla ölçülən, Rusiya iqtisadiyyatında mühüm rol oynayan və gündəlik onminlərlə insanın ziyarət etdiyi məşhur "Sadovod" ticarət kompleksi "Kiyevskaya ploşad" (Kiyev meydanı) şirkətinə məxsusdur. Bu nəhəng holdinqin ortaq sahibləri isə əslən Azərbaycandan - Quba rayonunun Qırmızı qəsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir.

Xatırladaq ki, onların rəhbərlik etdiyi şirkət uzun illərdir ki, ən çox gəlir gətirən daşınmaz əmlakların reytinqində birinciliyi əldən vermir.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: Düşündüyünüzd...