Bond.az White LogoBond.az Black Logo

Evsiz qalan ailələr, ailəsiz qalan evlər

Müharibənin acı ironiyası: evsiz qalan ailələr və ailəsiz qalan evlər. Kiyevdəki hücumun təsirli hekayəsi.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

Gecədən xeyli keçməsinə baxmayaraq gözümə yuxu getmirdi. Saat üçdən tez yuxulaya bilmirəm. Müharibənin beşinci ilinə keçməsinə baxmayaraq, hələ də anidən nəyinsə baş verəcəyinə qarşı həssaslıq yaşayıram.

Aprel ayı olmasına baxmayaraq Kiyevdə havalar hələ də isinmək bilmirdi...

Yerimə uzanıb yuxulamaq istəyirdim ki, yenidən hava həyəcanı siqnalı verildi. Bu dəfə siqnal uzun-uzadı verildi. Bu da o deməkdir ki, ballistik raket hücumu təhlükəsi var. Amma buna baxmayaraq iki ildir ki, Kiyevdə olan zaman həyəcan siqnalları zamanı sığınacağa düşmürəm. Daha doğrusu yorulmuşam bunlardan. İndi də düşmədim. Hamama keçib, telefonda 'Telegram' kanallarını izləyərək zərbələrin, həyəcan siqnallarının bitməsini gözləyirdim.

Hava zərbələri zamanı çoxmənzilli binalarda yaşayanlar üçün daha təhlükəsiz yer hamam, daha dəqiqi hamamda vanna olur.

Partlayışlar və həyəcan siqnalı saat 4-ə kimi davam etdi. İki üç iri, daha sonra ardıcıl dron zərbələrinin və onları 'ovlayan' Ukrayna hava hücumundan müdafiəçilərinin pulemyotlarının səsi eşidilirdi.

İri zərbələrdən biri yaxınlıqda eşidildi. Sonra tam sakitlik çöksə də, həyəcan siqnalı, daha doğrusu havadan təhlükə xəbərdarlığı bitməmişdi. Araya çökən sakitlikdən elə oturduğum hamam vannasında yuxuya getmişəm.

Qəfildən diksinib ayıldım. Telefonda tez saata baxdım ki, iki saatdan çoxdur vannada yatmışam.

Keçib eyvandan boylandım. Səhər açılmış, həyat axarına qayıtmışdı. Amma ardıcıl təcili yardım və yanğınsöndürən maşınların səsi kəsilmirdi. 'Gecə yəqin pis vurublar, hər yer dağılıb, yanır...' - düşüncəsi ilə redaksiya ilə danışıb, vurulan yerlərdən birinə yollandım. Kiyev şəhər hərbi administrasiyasından ünvanı öyrənəndə, mənim cəmi iki kilometrliyimdə olduğunu öyrəndim. Geyinib elə piyadaca yola düşdüm.

Bütöv küçə darmadağın olmuşdu. Ballistik raketdən başqa, dronlar da ərazini hədəf almışdı. Yolun əks tərəfindən dördulduzlu hotel, çoxmənzilli binalar sözün əsl mənasında xarabalığa çevrilmişdi. Həyətlərdəki ağaclar belə qırılıb tökülmüşdü.

Kiyev sanki meşənin içində salınmış şəhəri xatırlatdığı üçün, hər küçə və hər həyət sıx ağaclardan ibarətdir. Ona görə zərbələr evlər, obyektlər ilə yanaşı ağacları da qırıb tökür...

'Ana, xahiş edirəm özünü ələ al. Heç nə səndən əziz deyil... ana xahiş edirəm bəsdir... Daha özünü ələ al...' - deyə, az qala ağlayacaqmış formada yanındakı 40-45 yaşlı qadına dayanmadan yalvaran 15-16 yaşlı oğlanın səsi imkan vermirdi çəkiliş edim.

Növbəti, dağılmış mənzillərdən birinin sahibi ilə, müsahibəmi bitirib, onlara daha da yaxınlaşdım. Başlarına gələnləri kamera qarşısında danışmalarını xahiş etsəm də, oğlu üzünü çevirib kənara çəkildi. Qadın isə danışacaq halda olmadığını deyib, üzr istədi. Amma bacardığı qədər hıçqırıqlı səslə anlatdıqlarından belə məlum oldu ki, dağılmış binanın ikinci mərtəbəsində yaşayırmışlar. Dron onların binasına, birbaşa elə onların mənzilinə tuş gəlib. Həmin vaxt xoşbəxtlikdən evdə yox, sığınacaqda olublar. Səhər saatlarında sığınacaqdan çıxarkən də, yaxınlığa düşən dronun parçaları onun üzünü zədələmişdi. Mənzil tamamilə dağılıb. Bu azmış kimi həyətdə saxladığı avtomobilinin də üstünə raket parçası düşüb... Əlindəki mənzil və avtomobil açarlarını irəli uzadaraq güclə xırıldadı: - İndi olan-qalanım ancaq bu açarlardır...

Bir gecənin içində yalnız özləri sağ qala bilmişdilər. Hər şeyləri məhv olan bu qadın o qədər şokda idi ki, təcili tibbi yardım həkimlərini belə eşidə bilmirdi..

Hadisənin təsirindən əl-ayağım soyudu. Qırağa çəkilib, bir az oturub özümə gəlib, çəkilişə davam etdim. Ətraf dağılmış evlərə girməyə cəhd edən xilasedicilər, təcili yardımlar, evləri dağılmış sakinlərə qurulan çadırlarla dolu idi. İki-üç dağılmış binada çəkiliş edib, təxminən bir saat sonra geri qayıtdım. Gördüm ki çox sayda insan toplaşıb, izdiham var və bu an kimsə iki üç avtomobil korteji ilə oradan uzaqlaşdı.

Yaxınlaşıb dağılmış binanın girişinin dağıntılardan təmizləndiyini görüb içəri girdim. Bütün mərtəbələr dağılmış mənzillərdən ibarət idi. Birinin qapısında polisləri görüb, içəri girib çəkmək istədim. İçəri buraxdılar, mənzil alt-üst olmuşdu.

Xilasedicilərin, təcili yardım psixoloqlarının və polislərin əhatəsində təxminən 60 yaşlı bir kişi həzin ağlayırdı. Əlində rəngli bir yaylığı gah sıxır, gah da buraxırdı. Keçib mənzilin digər dağılmış otaqlarında çəkilişlər etməyə başladım. Bir az sonra həmən kişi arxamca gəldi. Kövrək halda keçib yerdən qızlarının fotosunu götürüb şkafın üstdə qoydu. Danışmasını xahiş etdim, müsahibə verəcək halda olmadığını dedi. Amma kamerasız söhbətə tutdum.

Adı Stepandır. İki qızı varmış. Özü isə burada arvadı ilə yaşayıb. Dünən axşam qızları onlara qonaq gəlib. Kiyevin başqa yerində valideynlərindən ayrı kirayə qalırlarmış Stepan deyir, bu yaşadıqları mənzil də onun deyil. Dostu verib yaşamaq üçün, müvəqqəti olaraq. Bu mənzil də dağılıb. Ən dəhşətlisi isə, zərbə zamanı hava həyəcan siqnallarına əhəmiyyət verməyən qızları və arvadı zərbələr zamanı həlak olublar... Dəhşətli idi...

Amma bu səhər maraqlı bir hadisə də baş verib. Hadisə yerindən canlı bağlantı edən Ukrayna yerli televiziyalarından biri onu buradan efirə çıxarıb və vəziyyəti danışıb. Bunu görən Kiyevdəki oliqarxlardan biri elə o an durub buraya gəlib. Stepana sahibi olduğu yaşayış kompleksindən bir mənzil hədiyyə edib. Bu binanın bərpa olunacağı təqdirdə isə, yaşadığı mənzilin haqqını ödəyib ona bağışlanmasını təmin edəcəyini söz verib. Bayaqkı kortejlə gedən də o imiş...

Stepanın özü demişkən, bir gün əvvəl arvadı və qızları vardı, evi yox idi. Bu gün isə ailəsi məhv olub. Amma artıq iki mənzili var...

İşimi bitirib, oradan uzaqlaşmağa çalışdım. Alovlu hava zərbələri ilə dolu olan gecənin ardınca Kiyev səmasında həzin bir günəş var idi. Yorğun da olsam, evə doğru yol aldım. Beynimdə bayaqkı, hər şeyini itirən qadınla o Stepan canlanırdı...

'Taleyin bizi harada, nə ilə mükafatlandıracağını, nə ilə cəzalandıracağını bilmirik' - deyə, düşünə-düşünə evə çatdım...

Mübariz Aslanov

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
Evsiz qalan ailələr, ailəsiz qalan evlər | Bond.az