Myanma hakimiyyəti 50 tondan çox narkotik vasitəni yandıraraq məhv edib. Bu, ölkə tarixində ən böyük narkotik məhvetmə əməliyyatıdır.
AP agentliyinin məlumatına görə, məhv edilən narkotiklərin ümumi dəyəri 600 milyon dollar təşkil edir. Bunların arasında heroin, tiryək, ketamin, metamfetamin və marixuana var.
Yanqon polisi bildirir ki, bu il məhv edilən narkotiklərin dəyəri ötən illə müqayisədə iki dəfə çoxdur. Təkcə Yanqonda 321 milyon dollarlıq narkotik yandırılıb.
Xatırladaq ki, ilin əvvəlində Myanma rəsmiləri son beş ildə 2.8 milyard dollarlıq narkotik müsadirə edildiyini açıqlamışdı.











