Kanada və Lüksemburqun Baş nazirləri Mark Karni və Lük Friden NATO-nun öz bankını yaratmağı təklif ediblər.
"Financial Times"ın məlumatına görə, bu təklif hərbi gücün maliyyə dəstəyi ilə möhkəmləndirilməsini hədəfləyir.
Karni və Friden deyirlər: "Kapital səfərbərliyi silahlı qüvvələr qədər etibarlı olmalıdır. Həll yolu Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankıdır (DSRB)."
NATO-nun genişlənməsi üçün hər il əlavə 850 milyard avro tələb olunur. Bank Dünya Bankı və ya AYİB nümunəsində qurulacaq.
Mexanizm sadədir: üzv ölkələr ödənilmiş və geri çağırıla bilən kapital təqdim edəcək. Bank özəl maliyyə qurumlarına kredit zəmanətləri verərək hərbi sənayeni maliyyələşdirəcək.
Baş nazirlər bankın bir il ərzində yaradıla biləcəyini və iyul sammitində müzakirə olunacağını bildiriblər. Layihə bütün üzv dövlətlərin razılığını tələb edir.












