NATO baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampı alyansda saxlamaq üçün yeni müdafiə sazişləri vəd edir.
"Politico" nəşri NATO diplomatlarına istinadən bildirir ki, Rütte iyulda Ankarada keçiriləcək sammit öncəsi müdafiə istehsalını artırmaq kampaniyasına rəhbərlik edir.
Məqsəd Avropadakı çatışmazlığı aradan qaldırmaq və Trampı qane edəcək iqtisadi proqram yaratmaqdır.












