Bond.az White LogoBond.az Black Logo

NATO-dan ABŞ hərb nazirinə cavab

NATO-nun Hərbi Komitəsinin sədri admiral Cuzeppe Kavo Draqone ABŞ hərb nazirinin tənqidinə cavab verib. Müdafiə xərcləri və NATO-nun inkişaf planı ilə bağlı açıqlama.

Samir Məmmədov
Müəllif:Samir Məmmədov- Senior Editor
|
0

Avropadan ABŞ-nin müdafiə xərclərini artırmaq tələblərinə reaksiya gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri admiral Cuzeppe Kavo Draqone "Bloomberg" agentliyinə açıqlama verib.

Onun sözlərinə görə, NATO-nun müdafiə sahəsində inkişaf planı mövcuddur və bu plan müdafiə xərclərinin ümumi səviyyəsini ÜDM-in 5%-nə çatdırmağa imkan verəcək.

Admiral bu bəyanatla Pentaqon rəhbəri Pit Heqsetin Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda Avropanı və NATO-nu kəskin tənqid etməsindən qısa müddət sonra çıxış edib. Nazir Asiyadakı müttəfiqləri tərifləyib və ABŞ-nin Çinlə sabit münasibətlərini yüksək qiymətləndirib, Qərbi Avropanın bunu nəzərə almalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp administrasiyası dünyanın müxtəlif bölgələrindəki müttəfiqlərdən müdafiə xərclərini artırmağı və regional təhlükəsizlik üçün məsuliyyət götürməyi tələb edib. Bu, NATO müttəfiqlərini Avropanın müdafiəsini gücləndirməyə və ABŞ-dən asılılığı azaltmağa sövq etsə də, Vaşinqton Asiya ilə əməkdaşlığını davam etdirərək hərbi koordinasiyanı dərinləşdirib.

Keçən il keçirilən mühüm NATO sammitində İspaniya istisna olmaqla bütün müttəfiqlər ümumi daxili məhsulun 3,5%-ni müdafiəyə, əlavə 1,5%-ni isə əlaqəli təhlükəsizlik sahələrinə xərcləməyi öhdələrinə götürüblər. Bir sıra müttəfiqlər, ilk növbədə Almaniya, o vaxtdan bəri xərclərini artırıb və Ankarada keçiriləcək növbəti sammitdə əldə edilmiş irəliləyişi nümayiş etdirmək niyyətindədirlər.

Digər Xəbərlər
Dünən / 13:01
|
371

Starmer istefadan imtina etdi

Kir Starmer istefadan imtina etdi: Baş nazir Endi Bernemin əlavə seçki qələbəsindən sonra geri çəkilməyəcəyini açıqladı.

0
Dünən / 13:00
|
907

Rusiya ordusu Yurkovkanı nəzarətə aldı

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində Yurkovka kəndini nəzarət altına alıb. Ətraflı məlumat üçün oxuyun.

0
Dünən / 11:31
|
425

İran ABŞ-la danışıqlar üçün şərt qoydu

İran ABŞ-la danışıqların bərpası üçün Livan atəşkəsi şərtini qoydu. CNN-in diplomatik mənbəyə istinadən verdiyi xəbərə görə, vasitəçilər məsələni həll etməyə çalışır.

0
Dünən / 11:30
|
663

İran ABŞ ilə razılaşmadan nə qazanacaq?

İran ABŞ ilə razılaşmadan neft satışı və iqtisadi gəlir əldə edəcək. Hörmüz boğazının açılması enerji qiymətlərinə təsir edəcək.

0
Dünən / 11:01
|
714

İran-Azərbaycan münasibətlərində yeni xətt

İran rejiminin Azərbaycana qarşı siyasətini təhlil edən yazı: qırmızı xətlər, təxribatlar və Zəngəzur dəhlizi.

0
Dünən / 10:31
|
838

Tramp Stalin və Atilla ilə müqayisə etdi

Tramp yeni kitabda özünü Stalin, Mao və Atilla ilə müqayisə edib.

0
Dünən / 09:31
|
690

Tramp: İranla memorandum kapitulyasiyadır

Donald Tramp İranla memorandum imzalanmasını kapitulyasiya adlandırıb. ABŞ lideri qeyd-şərtsiz təslim olmaqdan danışıb.

0
Dünən / 09:30
|
694

Dünyanın ən uzun reysi 2027-də başlayır

Qantas aviaşirkəti 2027-ci ildə Sidney-London arasında dünyanın ən uzun fasiləsiz reysini açır. Uçuş 19-22 saat çəkəcək.

0
Dünən / 09:01
|
229

İndoneziyada 6.7 bal zəlzələ: 3 ölü, 108 yaralı

İndoneziyada 6.7 bal gücündə zəlzələ nəticəsində 3 nəfər ölüb, 108 nəfər yaralanıb. Ətraflı məlumat Bond.az-da.

0
Dünən / 08:30
|
818

Kamçatkada güclü zəlzələ: Sunami təhlükəsi

Kamçatkada güclü zəlzələlər baş verdi. Sunami təhlükəsi var. Sakinlərə xəbərdarlıq edilib.

0
Dünən / 08:00
|
900

Tramp özünə "Şərəf" medalı istəyir

ABŞ Prezidenti Donald Tramp özünə "Şərəf" medalı vermək istədiyini, lakin buna layiq olmadığını etiraf edib.

0
Dünən / 07:30
|
548

Brüssel qərarı: Aİ Ukrayna münaqişəsində rolunu artırır

Aİ Ukrayna münaqişəsinin həllində rolunu artırmaq qərarına gəlib. Brüssel sammitinin nəticələri və Avropanın gələcək mövqeyi haqqında ətraflı.

0
...
NATO-dan ABŞ hərb nazirinə cavab | Bond.az