Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Ankarada keçiriləcək NATO sammiti zamanı terror aktı ilə bağlı iddiaları təkzib edib.
Rəsmi açıqlamada bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır.
Mərkəz bu paylaşımların əhali arasında narahatlıq yaratmağa yönəldiyini vurğulayıb.
Təhlükəsizlik tədbirləri artırılıb, yalan məlumat yayanlarla bağlı hüquqi prosedurlar başladılıb.
Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmək tövsiyə olunub.












