İtaliyanın cənubundakı Neapol şəhərində maqnitudası 4.4 bal olan zəlzələ qeydə alınıb. Yerli mətbuatın məlumatına görə, sakinlər təşviş içində küçələrə çıxıb.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun verdiyi xəbərə əsasən, zəlzələnin episentri Fleqrey çöllərində, vulkanik aktiv bölgədə yerləşib. Bu, Neapolun qərbindən Aralıq dənizinə qədər uzanan sahədir.
İlkin məlumatlara görə, dağıntı qeydə alınmayıb. Lakin bu, son illərin ən güclü zəlzələlərindən biri hesab edilir. Vezuvi vulkanı ətəklərində və Neapolun müxtəlif rayonlarında hiss olunub. Təhlükəsizlik məqsədilə bir neçə məktəbdə dərslər dayandırılıb.












